Azərbaycan Cüdo Federasiyasının növbədənkənar konfransı keçirilib
01 noyabr 2021 1748
Noyabrın 1-də Azərbaycan Cüdo Federasiyasının növbədənkənar konfransı keçirilib. Konfransın qonaqları - gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edərək konfrans iştirakçılarını salamlayıb, onlara uğurlar arzulayıblar.
Sonra, Azərbaycan Cüdo Federasiyası rəhbərliyinə və İcraiyyə Komitəsinə yeni seçki keçirilib. Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev federasiyanın yeni prezidenti seçilib.
Federasiyanın vitse-prezidenti vəzifəsinə Rövşən Rüstəmov və Elnur Məmmədli, İcraiyyə Komitəsi üzvlüyünə isə Ağayar Axundzadə, Raqif Abbasov, Asif Əsgərov, Nazim Hüseynov, Azər Əsgərov və Elxan Məmmədov seçiliblər.
Konfransda ACF-nin sabiq prezidenti Rövnəq Abdullayev çıxış edərək federasiyanın yeni rəhbərliyi və İcraiyyə Komitəsini təbrik edərək, uğurlar arzulayıb.
Bənzər xəbərlər
“Şahdağ”da keçiriləcək Avropa çempionatında Azərbaycanı təmsil edəcək heyət açıqlanıb
“Şahdağ” Turizm Mərkəzində keçiriləcək Avropa çempionatında iştirak edəcək Azərbaycanın xizək ... Ətraflı
Formula 1 Azərbaycan Qran-Prisi üçün paddok tikintisinə başlanılıb
Formula 1 Azərbaycan Qran-Prisi 2026-ya hazırlıqlar çərçivəsində paddokun yenidən tikintisinə ... Ətraflı

.jpeg)
