Azərbaycan çempionatında qızların mübarizəsi başa çatıb
14 sentyabr 2024 862
14-15 sentyabr tarixlərində Şüvəlan qəsəbəsində yerləşən Ağırlıqqaldırma Mərkəzinin yarış zalında keçirilən gənclər arasında Azərbaycan birinciliyi və böyüklər arasında ağırlıqqaldırma üzrə Azərbaycan çempionatına start verilib.
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Ağırlıqqaldırma Federasiyasının birgə təşkil etdiyi yarışda ölkənin bütün bölgələrindən 100-ə yaxın atlet qüvvəsini sınayır.
Körpücüyə ilk olaraq qadınlar çıxıblar. Onlar həm gənclərdə, həm də böyüklərdə qalibləri müəyyən ediblər. Samirə Rzayeva (45 kq), Aydan Rzayeva (49 kq), Selcan Qarayeva (55 kq), Lalə Əzizli (59 kq), Fazilə İmanova (64 kq), Nigar Əliyeva (71 kq), Arzu Qədimova (76 kq), Rahilə Hüseynzadə (81 kq), Mələk Hüseynli (87 kq)
Samirə Rzayeva (45 kq), Aydan Rzayeva (49 kq), Selcan Qarayeva (55 kq), Fazilə İmanova (64 kq), Nigar Əliyeva (71 kq), Arzu Qədimova (76 kq), Rahilə Hüseynzadə (81 kq) və Mələk Hüseynli (87 kq) həm gənclər, həm də böyüklər arasında, Lalə Əzizli (59 kq) yalnız böyüklərdə, Milena Hüseynli (59 kq) yalnız gənclərdə Azərbaycanın ən yaxşısı adlarını qazanıblar.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı