Azərbaycan boksçuları Olimpiya Oyunlarına Almaniyada hazırlaşacaqlar
11 iyul 2024 1000
Kişi boksçulardan ibarət Azərbaycan millisi “Paris-2024” Yay Olimpiya Oyunlarına hazırlığın son mərhələsi üçün Almaniyaya yollanıb.
Yığma baş məşqçi Pedro Rokenin rəhbərliyi altında Saarbrükkendə təlim-məşq toplanışı keçəcək.
Komandanın heyətində olimpiyaçılar – Nicat Hüseynov (51 kiloqram), Malik Həsənov (63,5 kiloqram), Murad Allahverdiyev (80 kiloqram), Alfonso Dominges (92 kiloqram) və Məhəmməd Abdullayev (+92 kiloqram) yer alıblar.
Toplanış iyulun 20-dək davam edəcək.
Qeyd edək ki, "Paris-2024" Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı