Azərbaycan boksçuları beynəlxalq turniri 14 medalla başa vurublar
19 fevral 2024 816
Rumıniyanın Ploişti şəhərində yeniyetmə və gənc boksçular arasında “Drakula” beynəlxalq turniri başa çatıb.
Milli komanda yarışı 14 (6 qızıl,3 gümüş,5 bürünc ) medalla başa vurub.
Bu mükafatlardan 11-ni yeniyetmə boksçular qazanıb. Baş məşqçi Vaqif Kazımov və məşqçi Teymur Məmmədovun rəhbərliyi altında Bağır Əmirxanlı (52 kiloqram), Sübhan Babayev (54 kiloqram), Rza Rzayev (70 kiloqram) və Səftər Məmmədzadə (+80 kiloqram) bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Zakir Həsənzadə (48 kiloqram), Kənan Aslanlı (63 kiloqram), Valeh Eyvazlı (66 kiloqram) ikinci, Əli Məmmədov (46 kiloqram), Raul Heydərli (52 kiloqram), Haqverdi Həsənov (57 kiloqram) və Nurlan Abışov (60 kiloqram) üçüncü yeri tutublar.
Qızıl medal qazanan Sübhan Babayev turnirin ən yaxşı boksçusu seçilib. Azərbaycan yığması komanda hesabında 1-ci yeri tutub.
Baş məşqçi Elbrus Rzayev və məşqçi Elvin Məmişzadənin rəhbərlik etdiyi gənclərdən ibarət milli komandada Bilalhəbəşi Nəzərov (48 kiloqram) və Məhəmmədəli Qasımzadə (60 kiloqram) bütün rəqiblərindən güclü olaraq 1-ci pillədə qərarlaşıblar. Tağı Nəsibov (57 kiloqram) isə bürünc medala yiyələnib.
Məhəmmədəli Qasımzadə turnirin ən yaxşı boksçusu adına layiq görülüb. Bu yaş qrupunda mübarizə aparan milli isə komanda hesabında 3-cü olub.
Qeyd edək ki, “Drakula” turnirində Azərbaycanı hakim kimi Qalib Əbiyev təmsil edib.
Bənzər xəbərlər
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq.
Bu barədə Azərbaycan Qış ... Ətraflı
Azərbaycan Voleybol Federasiyasının rəsmisi CEV tərəfindən təyinat alıb
Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin beynəlxalq əlaqələr üzrə mütəxəssisi ... Ətraflı