Azərbaycan boks millisi Avropa birinciliyini 13 medalla başa vurub
17 iyul 2025 - 11:48 404
Serbiyanın Novi Pazar şəhərində yeniyetmə boksçular arasında keçirilən Avropa birinciliyi başa çatıb.
Boks Federasiyasından verilən məlumata görə, yarışın son günündə Azərbaycan millisinin daha bir medalı rəsmiləşib.
+80 kiloqramda mübarizə aparan Səfdər Məmmədzadə finalda rusiyalı Boqdan Smolkinlə döyüşüb. Görüş rəqibin 3:2 (26:30, 28*:28, 28*:28, 26:30, 29:27) hesablı qələbəsi ilə yekunlaşdığından boksçumuz gümüş medalla kifayətlənib.
Bununla da, yığmamız Avropa birinciliyini 1 qızıl, 4 gümüş və 8 bürünc medalla başa vurub. Milli bu göstərici ilə komanda hesabında 3-cü yeri tutub.
Boksçularımızdan daha öncə Əminə Tağı (50 kiloqram) Avropa çempionu tituluna yiyələnib. Cəmilə Muradlı (52 kiloqram), Fidan Bakarova (63 kiloqram), Səma Abbasova (66 kiloqram) gümüş, Qardaş Rəhimov (46 kiloqram), Məhəmməd Rəsulov (50 kiloqram), Raul Heydərli (54 kiloqram), Şahin Aslanov (60 kiloqram), Haqverdi Həsənov (63 kiloqram), Aylin Nəzərova (46 kiloqram), Gülər Hüseynova (48 kiloqram) və Zəhra Məmmədova (54 kiloqram) bürünc medal qazanıblar.
Bənzər xəbərlər
Bədii üzgüçülük üzrə Azərbaycan millisinə yeni məşqçi təyin olunub
Bədii üzgüçülük üzrə Azərbaycan millisinə yeni məşqçi təyin olunub.
Azərbaycan Üzgüçülük ... Ətraflı
Bakıda bədii gimnastika üzrə Dünya kubokuna yekun vurulub
Aprelin 17-19-da Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya kuboku ... Ətraflı