Xəbərlər

Azərbaycan Basketbol Liqasında 3-cü tur iki qarşılaşma ilə start götürdü

26 oktyabr 2022 495

26 oktyabr Sərhədçi İdman Mərkəzində Azərbaycan Basketbol Liqasında 3-cü turun iki görüşü baş tutdu. Turun açılış oyununda iki paytaxt komandası "Sabah BK" və "Neftçi İK" üz-üzə gəldilər. Müdafiələrin önə çıxdığı qarşılaşmada "Sabah BK" komandası rəqibinə 70-65 hesablı ilə qalib gəlib. Ən məhsuldar basketbolçular: "Sabah BK" (Kamran Məmmədov 16 xal), "Neftçi İK" (Mohsen Moradxani 12 xal - 8 ribaund) .Günün ikinci oyununda çempionatın ilk iki turunda qələbə qazanmış "Gəncə BK" komandası "AAAF Xırdalan BK" basketbolçuları ilə qarşılaşdı. Oyuna fəal başlayan Gəncəlilər yekunda 94-84 hesabı ilə qələbə qazanaraq, turnir cədvəlinin ilk pilləsinə yüksəldilər.Ən məhsuldar basketbolçular: "Gəncə BK" (Cəbrayıl Əkbərov 33 xal - 5 ribaund), "AAAF Xırdalan BK" ( Deymon Makdouel  35 xal - 8 ribaund) 

  Qeyd edək ki, 3-cü turun digər iki görüşü ("NTD BK" - "Zirvə Astara BK", "Olimpik Şəki BK" - "Sərhədçi PİK") 29 oktyabr tarixində baş tutacaq.