Azərbaycan badmintonçusu beynəlxalq turnirdə ən güclü “dördlüy”ə düşüb
25 yanvar 2024 187
Azərbaycan badmintonçusu Keişa Fatimə Zəhra İsveçin Uppsala şəhərində keçirilən “VICTOR Swedish Open” turnirində qadınların şəxsi yarışında ən güclü “dördlük”də yer alıb.
Mübarizəyə əsas mərhələdən başlayan idmançı ilk görüşündə isveçli Sesilia Vanqı 2:0 (21-14,21-19) hesabı ilə məğlub edib.
1/8 finalda şotlandiyalı Reyçel Suqdeni (21-9,21-17) mübarizədən kənarlaşdıran Zəhra 1/4 finalda Danimarka badmintonçusu Frederikke Lundla qarşılaşıb. Üç set davam edən görüş K.Fatimənin (18-21,21-13,21-11) qələbəsi ilə başa çatıb. O, finala yüksəlmək uğrunda keçirilən görüşdə fransalı Leonis Hyueyə (13-21,14-21) uduzub.
Olimpiya Təsnifat dövründə keçirilən yarışdan Keişa Fatimə Zəhranın qazancı 1750 reytinq xalı olub.
Bənzər xəbərlər
Mehriban Əliyeva 9 May - Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesabında 9 May ... Ətraflı
Bu gün dörd güləşçimiz Paris-2024-ə lisenziya uğrunda mübarizəyə başlayır
Bu gün Türkiyənin İstanbul şəhərində Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya ... Ətraflı