Azərbaycan avarçəkəni Avropa üçüncüsü olub
07 iyul 2025 - 13:01 557
Azərbaycan avarçəkəni Tatyana Smilovenko Rumıniyanın Piteşti şəhərində gənclər və 23 yaşa qədər avarçəkənlər arasında kayak və kanoe üzrə keçirilən Avropa çempionatında üçüncü yeri tutub.
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının mətbuat xidmətinə istinadən, avarçəkən təsnifat və yarımfinal mərhələsində 500 metr məsafədə 1 nəfərlik qayıqda uğurlu çıxış edərək A finalına yüksəlib.
Finalda finiş xəttini üçüncü keçən Tatyana Smilovenko Avropa çempionatının bürünc medalına yiyələnib.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı