Azərbaycan atletləri lisenziya turnirində daha 6 medal əldə ediblər
29 aprel 2024 1011
Azərbaycan atletləri Türkiyənin Antalya şəhərində keçirilən "Olimpik deneme" turnirində növbəti medalları qazanıblar.
“Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışın ikinci günündə 200 metr məsafəyə qaçışda Əlhəm Nağıyev bütün rəqiblərini geridə qoyaraq finişə birinci gəlib.
Qadınların mübarizəsində Lamiyə Vəliyeva 200 metr məsafəyə qaçışda hamıdan sürətli olaraq yarışın qalibi adını qazanıb. Fəridə Rzayeva isə 3-cü yeri tutub.
Üç təkanla tullanma yarışının yekununda Rüstəm Məmmədov 2-ci pillədə qərarlaşıb. Toğrul Şahtaxtinski isə U 16 kateqoriyasında disk atma və nüvə itələmədə ən yüksək nəticə göstərərək hər iki növdə qızıl medallara sahib çıxıb.
Qeyd edək ki, yarışın ilk günündə uzunluğa tullanmada Nazim Babayev qızıl, Orxan Aslanov bürünc medal qazanıb. Qadınlar arasında 100 metr məsafəyə qaçışda L. Vəliyeva fəxri kürsünün ən yüksək pilləsinə qalxıb, kişilərin eyni məsafəyə yarışında isə Ə. Nağıyev 2-ci yerə sahib çıxıb.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı