Azərbaycan atıcısı Estoniyada iki gümüş medal qazanıb
21 iyul 2025 - 10:43 604
Azərbaycan atıcısı Ruslan Lunyov Estoniyanın paytaxtı Tallində Avropa Atıcılıq Konfederasiyasının təşkilatçılığı ilə keçirilən “5-ci Ranno Krusta Memorialı” və “Lapua” Avropa Kubokunda iki gümüş medal qazanıb.
Atıcılıq Federasiyasından verilən məlumata görə, o, turnirin ilk günündə 25 metr məsafəyə sürətli atəş üzrə yarışda ikinci yeri tutub.
Növbəti uğur isə 25 metr məsafəyə mərkəzi atəş açma növü üzrə fərdi yarışda qeydə alınıb. Bu mərhələdə Ruslan Lunyov ümumilikdə 581 xal və 23 daxili onluq (x) nəticəsi ilə çıxış edərək yenidən ikinci yerə yüksəlib. O, yalnız Fransa təmsilçisi Teo Moczkoya məğlub olaraq ikinci gümüş medalı qazanıb.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı