Avropa Voleybol Konfederasiyasının prezidenti Bakıya səfər edəcək
23 aprel 2025 419
Avropa Voleybol Konfederasiyasının (CEV) prezidenti Roko Sikiriç aprelin 24-də Bakıya səfər edəcək.
Azərbaycan Voleybol Federasiyasından bildirilib ki, CEV prezidenti aprelin 24-25-də Milli Gimnastika Arenasında təşkil olunacaq qadın və kişi voleybolçuların Yüksək Liqasında final oyunlarını izləyəcək, həmçinin qaliblərin mükafatlandırma mərasimində iştirak edəcək.
Səfər çərçivəsində CEV rəhbəri ilə bir neçə mühüm görüşün keçirilməsi də nəzərdə tutulub.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı