Avropa çempionatı: Azərbaycan güləşçisi finala vəsiqə qazanıb
25 iyun 2024 70
![](/news/1719302349.17192562813147443663_1200x630.jpg)
Azərbaycanın güləşçiləri Serbiyanın Novi Sad şəhərində keçirilən 17 yaşlıların Avropa çempionatında mübarizəyə başlayıblar.
İlk yarış günündə 48, 55, 65, 80 və 110 kiloqramda yer alan yunan-Roma güləşçiləri xalçaya çıxıblar.
Əmrahov (48 kiloqram) yunanıstanlı Pavlos Tsentidisə və ermənistanlı Andranik Xaçatryana eyni hesabla (9:0) qalib gələrək yarımfinala yüksəlib. Əmrah yarımfinalda isveçli Santoş Sarmalinqama da aman verməyib – 6:0. Əmrahov sabah finalda rusiyalı Nikolay Kristovla qarşılaşacaq.
Əli Nəzərov (55 kiloqram) startda ermənistanlı Aleksandr Aydoyevi məyus edib – 5:0. Daha sonra serbiyalı Kristian Dobiyə tam üstünlüklə (9:0) qalib gələn həmyerlimiz adını yarımfinala yazdırıb. Əli finalın bir addımlığında bolqarıstanlı Alyoşa İliyevə sonuncu xal prinsipinə görə (1:1) məğlub olub və sabah bürünc medal uğrunda güləşəcək.
İsbəndiyar İmanov (65 kiloqram) latviyalı Yaromirs Jukovsu vaxtından əvvəl (8:0), estoniyalı Robi Kristyuhanı isə sonuncu xal prinsipinə əsasən (1:1) mübarizədən kənarlaşdırıb. İmanov 1/4 finalda almaniyalı Kevin Karlla bacarmayıb – 4:12.
Orxan Hacıyev (80 kiloqram) yunanıstanlı Vasileyos Semertzidisə tam üstünlüklə (10:1) qalib gəldikdən sonra 1/4 finalda serbiyalı Duşan Stokiçdən güclü olub – 6:1. Hacıyev yarımfinalda sonuncu xal prinsipinə əsasən (5:5) türkiyəli Yigit Sarıya məğlub olduğu üçün ümidini bürünc medala bağlayıb.
Mikayıl İsmayılov (110 kiloqram) finlandiyalı Aleksandr Saramaekini vaxtından əvvəl (9:0) mübarizədən kənarlaşdırıb. O, 1/4 finalda gürcüstanlı Luka Şavadze üzərində qələbə qazanıb – 4:1. Təəssüf ki, milli üzvü yarımfinalda ukraynalı İvan Yankovskiyə uduzub – 0:8. Mikayıl da sabah üçüncü yer uğrunda mübarizə aparacaq.
Bənzər xəbərlər
![](/news/1719558552.tjpg-1719494768 (1).jpg)
Taekvondoçularımız “Asiya uşaqları” yarışında 4 medal qazandılar
Azərbaycan taekvondoçuları Rusiyanın Yakutsk şəhərində keçirilən “Asiya uşaqları” VIII Beynəlxalq ... Ətraflı
![](/news/1719558834.14.jpg)
Azərbaycan karateçisi Xorvatiyada bürünc medal qazanıb
Azərbaycan karateçisi Aysu Əliyeva Xorvatiyanın Poreç şəhərində keçirilən “Karate 1” ... Ətraflı