Avarçəkmə üzrə Azərbaycan çempionatı keçiriləcək
31 avqust 2025 - 22:12 573
Gənclər və İdman Nazirliyi (GİN) ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) birgə təşkilatçılığı əsasında 2-3 sentyabr tarixlərində akademik avarçəkmə, kayak və kanoe üzrə Azərbaycan çempionatı keçiriləcək. Mingəçevir şəhərində yerləşən “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunacaq yarışda Bakı və Mingəçevirdən olan 100-dən artıq idmançı mübarizə aparacaq.
Ölkə çempionatında avarçəkənlər akademik avarçəkmə və kayak növündə 1 və 2 nəfərlik, kanoe növündə isə 1 nəfərlik qayıqlarda güclərini sınayacaqlar.
Qeyd edək ki, Azərbaycan çempionatı sentyabr-oktyabr aylarında baş tutacaq 3-cü MDB Oyunlarına test və hazırlıq xarakteri daşıyır. Həmçinin bu turnirdə fərqlənən avarçəkənlər MDB Oyunlarında iştirak edəcəklər.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı