AŞF RƏHBƏRLİYİ HEYDƏR ƏLİYEVİN MƏZARINI ZİYARƏT ETDİ
12 may 2023 544
Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov, Birinci vitse-prezident Faiq Həsənov, baş katib İlahə Qədimova, şahmat üzrə milli komandanın üzvləri – Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Qədir Hüseynov, hakim və məşqçi kollektivi Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə Fəxri xiyabanda ulu öndərin məzarını ziyarət edib, önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad edib.
Federasiya rəsmiləri və şahmatçılar daha sonra görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini də ehtiramla anıb, məzarı üstünə güllər düzüblər.
Bənzər xəbərlər
Mehriban Əliyeva 9 May - Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesabında 9 May ... Ətraflı
Bu gün dörd güləşçimiz Paris-2024-ə lisenziya uğrunda mübarizəyə başlayır
Bu gün Türkiyənin İstanbul şəhərində Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya ... Ətraflı