Artıq daha bir bölgəmizdə böyük basketbol olacaq
29 sentyabr 2023 1171
Azərbaycan Basketbol Liqasında 2023/24 -cü illər mövsümündə iştirak edəcək NTD Bakı basketbol klubunda, ad və məkan dəyişikliyi baş tutub. Beləki, bu gündən etibarən yeni adı ilə Xaçmaz rayonunu təmsil edəcək olan NTD-INDIGO Xaçmaz basketbol klubu, ev oyunlarını Xaçmaz Olimpiya İdman Kompleksində keçirəcək. Son tamamlanma işlərinin ardından, Xaçmaz Olimpiya İdman Kompleksinin basketbol zalı oyunları qəbul etməyə tam hazır vəziyyətdədir. Məlumat üçün bildirək ki, NTD-INDIGO Xaçmaz klubu, ev oyunlarını Bakıdan kənarda keçirəcək beşinci basketbol komandası olacaq.
Bənzər xəbərlər
“Şahdağ”da keçiriləcək Avropa çempionatında Azərbaycanı təmsil edəcək heyət açıqlanıb
“Şahdağ” Turizm Mərkəzində keçiriləcək Avropa çempionatında iştirak edəcək Azərbaycanın xizək ... Ətraflı
Formula 1 Azərbaycan Qran-Prisi üçün paddok tikintisinə başlanılıb
Formula 1 Azərbaycan Qran-Prisi 2026-ya hazırlıqlar çərçivəsində paddokun yenidən tikintisinə ... Ətraflı