AOK-un 52-ci Baş Assambleyasının iclası keçiriləcək
05 oktyabr 2023 1118
Oktyabrın 6-7-də Türkiyənin İstanbul şəhərində Avropa Olimpiya Komitəsinin 52-ci Baş Assambleyasının iclası keçiriləcək. Türkiyə MOK-un prezidenti Uğur Erdener, AOK-un prezidenti Spiros Kapralos, BOK-un prezidenti Tomas Baxın iştirak edəcəyi iclasın ilk günündə “Paris–2024” Yay Olimpiya Oyunları, “Milano Kartina-2026” Qış Olimpiya Oyunları müzakirə olunacaq. Əlavə olaraq AOK-un Strategiya Gündəliyi 2030 iştirakçılara təqdim olunacaq. Həmçinin AOK Təşkilat Komitəsinin və BOK Təşkilat Komitəsinin hesabatları dinləniləcək. Daha sonra 12-ci Pyotr Nurovski Ən yaxşı Avropalı Gənc Atlet mükafatının və Avropa Olimpiya Komitəsinin Olimpiya Çələngi Mükafatlandırılma mərasimi keçiriləcək.
Beynəlxalq Olimpiya Komitəsinin prezidenti, cənab Tomas Baxın açılış nitqiylə başlayacaq Assambleyanın ikinci günündə 3-cü Avropa Oyunları Krakov & Malopolska 2023, məlumat və media, Avropa federasiyalarının və MOK-larının Təcrübələri və Gələcək Tövsiyələri, qarşıdan gələn Paris-2024 Yay Olimpiya Oyunları, Olimpiya Qaçqınlar Fondu, Olimpiya və Paralimpiya Sponsorları, Tibb və Antidopinq kimi mövzular ətrafında fikir mübadiləsi aparılacaqdır.
Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Baş katib Azər Əliyev, Xarici Əlaqələr İdarəsinin müdiri Anar Bağırov da AOK-un 52–ci Baş Assambleyasının iclasında iştirak edəcəklər.
Baş Assambleyanın iştirakçılarına AOK prezidenti Spiros Kapralos, AOK Baş katibi Rafael Paqnozi tərəfindən hesabatlar da təqdim olunacaq. AOK-un 2022-ci il maliyyə hesabatı, 2024-cü ilin büdcəsi, xarici auditorların təyinatı və AOK komissiyalarının hesabatları da iclasın gündəliyinə salınıb.
Milli Olimpiya Komitəsinin mətbuat xidməti
Bənzər xəbərlər
“Şahdağ”da keçiriləcək Avropa çempionatında Azərbaycanı təmsil edəcək heyət açıqlanıb
“Şahdağ” Turizm Mərkəzində keçiriləcək Avropa çempionatında iştirak edəcək Azərbaycanın xizək ... Ətraflı
Formula 1 Azərbaycan Qran-Prisi üçün paddok tikintisinə başlanılıb
Formula 1 Azərbaycan Qran-Prisi 2026-ya hazırlıqlar çərçivəsində paddokun yenidən tikintisinə ... Ətraflı