Anna Skidan Paris-2024-də mübarizəyə başladı
04 avqust 2024 804
Paris-2024 Yay Olimpiya Oyunları çərçivəsində keçirilən atletika yarışları davam edir. Komandamızı bu idman növündə təmsil edən Anna Skidan da olimpiadada mübarizəyə start verib. Atletikanın çəkicatma növündə çıxış edən 32 yaşlı təmsilçimiz təsnifat mərhələsinə A qrupundan başlayıb. Dünya reytinqinin 7-ci pilləsində qərarlaşan idmançımızın ilk cəhdi 69,58, ikinci cəhdi isə 69,04 metr olub. Anna Skidan üçüncü cəhdində isə 72,55 m nəticə göstərib. Təmsilçimiz hazırda bu nəticə ilə A qrupunda üçüncüdür. Digər qrupda çıxış edən idmançıların nəticəsindən sonra Anna Skidanın yekun mövqeyi müəyyənləşəcək.
Qeyd edək ki, final mərhələsinə vəsiqə qazanmaq üçün ilk 12 yeri tutmaq lazımdır.
Bənzər xəbərlər
Dubayda dünya çempionatında medallar qazanan Azərbaycan boksçuları vətənə qayıdıblar
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən dünya çempionatında iştirak edən ... Ətraflı
Azərbaycan karateçiləri dünya çempionatında 5 medal qazanıblar
Azərbaycan karateçiləri Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində Dünya Kyokuşin Federasiyasının (KWF) ... Ətraflı




