Amil Ramazanov: "Çıxışımdan razı qalmadım"
30 aprel 2025 740
"Hava soyuq olduğuna görə tam qızışa bilmədim və qızıl medal əldən çıxdı".
Bu sözləri Suqovuşanda keçirilən "Prezident Kuboku-2025" beynəlxalq reqatasında bürünc medal qazanan idmançımız Amil Ramazanov jurnalistlərə müsahibəsində çıxışını dəyərləndirərkən deyib.
2007-2008-ci illər təvəllüdlü idmançılar arasında birnəfərlik kayak qayığında 200 metr məsafəyə yürüşdə üçüncü yer tutan idmançı reqatanın növbəti günlərində daha yaxşı çıxış edərək qızıl medal qazanacağına inandığını bildirib.
"Suqovuşandakı yarışa daha həvəslə hazırlaşmışdım. Çünki tarixi torpağımızda keçirilən yarışda qızıl medal qazanmaq mənim üçün qürurverici an ola bilədi. Lakin alınmadı. Bugünkü çıxışımdan razı qalmadım. Qarşıdakı günlərdə bir birnəfərlik qayıqda 500 metrlik məsafəyə yarışlarda da iştirak edəcəyəm. Çalışacağam ki, həmin yarışda qızıl medal qazanım", - deyə Amil Ramazanov bildirib.
Bənzər xəbərlər
Prezident İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 1 İyun ... Ətraflı
Mehriban Əliyeva Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesablarında 1 İyun ... Ətraflı