Albaniyada güləş üzrə U-23 dünya çempionatına yekun vurulub
29 oktyabr 2023 1048
Albaniyanın paytaxtı Tiranada keçirilən güləş üzrə U-23 dünya çempionatına yekun vurulub.
Mundialın son günündə 3 yunan-Roma güləşçimiz fəxri kürsüyə qalxıb.
Fərid Sadıxlı (55 kq) ilk görüşdə belaruslu Maksim Stupakeviçi sonuncu xal prinsipinə əsasən (3:3) üstələdikdən sonra 1/4 finalda rusiyalı Vadimir Zabeyvorota üzərində əzmkar qələbə qazanıb - 4:3. Həmyerlimiz yarımfinalda gürcüstanlı Giorgi Toxadzeylə bacarmayıb - 0:10.
Fərid bürünc medal uğrunda görüşdə rumıniyalı Denis Florinə tam üstünlüklə (10:0) qalib gələrək dünya üçüncüsü olub.
Ziya Babaşov (63 kq) 1/8 finalda belaruslu Qleb Makarankaya sonuncu xal prinsipinə əsasən (3:3) məğlub olub. Babaşov təsəlliverici görüşdə ermənistanlı Yurik Hoveyana xalların keyfiyyətinə görə (2:2) uduzub.
Xasay Həsənli (77 kq) 1/8 finalda macarıstanlı Attila Toeşmaqiyə (9:1), 1/4 finalda hindistanlı Dipak Puniyaya (tuş), yarımfinalda isə gürcüstanlı Xviçe Ananidzeyə (9:0) tam üstünlüklə finala yüksəlib. Həlledici görüşdə moldovalı Aleksandrin Qutuyla qarşılaşan Xasay 1:3 hesabıyla uduzub və U-23 dünya çempionatını gümüş medalla başa vurub.
Məhəmməd Əhmədiyev (87 kq) belaruslu Vasili Buhlakı 6:1 hesabıyla mübarizədən kənarlaşdırsa da, 1/4 finalda norveçli Eksos Mukubuya uduzub - 0:10.
Sərxan Məmmədov (130 kq) çexiyalı Marsel Albiniyə tam üstünlüklə (8:0) qalib gəldikdən sonra almaniyalı Patrik Numayiri sonuncu xal prinsipinə (1:1) əsasən üstələyərək yarımfinala yüksəlib. Güləşçimiz finalın bir addımlığında ukraynalı Mixaylo Vişnivetskiyə sonuncu xal prinsipinə (1:1) əsasən məğlub olub. Sərxan bürünc medal uğrunda görüşdə yunanıstanlı Apostolos Tsivolosa heç bir şans tanımayıb və 10:0 hesablı qələbəylə fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.
Bənzər xəbərlər
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq.
Bu barədə Azərbaycan Qış ... Ətraflı
Azərbaycan Voleybol Federasiyasının rəsmisi CEV tərəfindən təyinat alıb
Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin beynəlxalq əlaqələr üzrə mütəxəssisi ... Ətraflı
.jpeg)
.jpeg)
