AKAF Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı əyləncəli tədbir keçirib
02 iyun 2025 326
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası (AKAF) uşaq və yeniyetmələrin bu idman növünə cəlb edilməsi yönündə mütəmadi təbliğat və təşviqat işləri həyata keçirir.
Kütləviliyi təmin etmək məqsədi ilə aparılan işlər çərçivəsində federasiya Gənclər və İdman Nazirliyi ilə birgə 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı tədbir təşkil edib.
"Gənclik" metrosu yaxınlığında yerləşən “Dədə Qorqud” parkında keçirilən ictimai tədbirdə uşaq və yeniyetmələr üçün həvəskar qayıqlarda özünü sınamaq imkanı yaradılıb.
Sınaq yürüşlərinə peşəkar müəllimlər nəzarət ediblər. 100-dən çox uşaq və yeniyetmə avarçəkmə qayıqları sürüblər. Tədbir paytaxt sakinləri tərəfindən böyük maraqla qarşılanıb.
Qeyd edək ki, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası bu cür tədbirləri mütəmadi olaraq təşkil edir.
Bənzər xəbərlər
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq.
Bu barədə Azərbaycan Qış ... Ətraflı
Azərbaycan Voleybol Federasiyasının rəsmisi CEV tərəfindən təyinat alıb
Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin beynəlxalq əlaqələr üzrə mütəxəssisi ... Ətraflı