AKAF COP29-a dəstək xarakterli yürüş təşkil edəcək
10 noyabr 2024 590
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası (AKAF) tərəfindən Bakıda təşkil olunacaq COP29-a dəstək xarakterli “Təmiz suda avar çək!” devizi altında yürüş təşkil ediləcək.
Bakı bulvarında gerçəkləşəcək genişmiqyaslı yürüşə bir sıra qonaqlar qatılacaqlar.
Beynəlxalq Avarçəkmə Federasiyasının (FİSA) prezidenti Jan Kristof Roland, Beynəlxalq Kanoe Federasiyasının prezidenti Tomas Konyetsko, Beynəlxalq Draqon Qayıqları Federasiyasının prezidenti Kladio Şermi, Asiya Avarçəkmə Federasiyasının və Qlobal Kanal Avarçəkmə Federasiyasının fəxri prezidenti Vanq Şi, “Charles Regatta” İdarə Heyətinin rəhbəri Frederik Şox, Qlobal Kanal Avarçəkmə Federasiyasının səlahiyyətli nümayəndəsi Ken Li və COP29 üçün Azərbaycana səfər edəcək 50-dən çox fəxri qonaq yürüşdə iştirak edəcəklər.
Bənzər xəbərlər
Cüdo üzrə dünya çempionatına hazırlıqla bağlı mətbuat konfransı keçirilib
İyulun 16-da cüdo üzrə böyüklər arasında dünya çempionatına hazırlıq və ... Ətraflı
Avropa Kuboku: Azərbaycan atıcısı ikinci qızıl medalını qazanıb
Azərbaycan atıcılıq millisinin üzvü Ruslan Lunyov Estoniyanın Manniku şəhərində keçirilən ... Ətraflı