Ağacan Abıyev AOA-nın xüsusi mükafatı ilə təltif edilib
09 oktyabr 2025 - 19:01 655
Oktyabrın 6-dan 10-na kimi Çex Respublikasının paytaxtı Praqa şəhərində Avropa Olimpiya Akademiyasının (AOA) VII konqresi keçirilib.
Milli Olimpiya Komitəsinin mətbuat xidməti xəbər verir ki, konqresdə Milli Olimpiya Komitəsinin (MOK) ümumi şöbəsinin müdiri, Azərbaycan Milli Olimpiya Akademiyasının elmi katibi Camaləddin Rəhmanov iştirak edib.
Konqresin sessiyalarında Olimpiya təhsili, qadın idmanında gender bərabərliyi və iştirak hüququ, Olimpiya dəyərlərinin qorunması və təbliği, Avropa Olimpiya Akademiyasının (AOA) hesabatı və digər məsələlər müzakirə edilib. Həmçinin birgə işçi sessiyaları və AOA Flame Mükafatının təqdimat mərasimi keçirilib.
Olimpiya Təhsili və mədəniyyət məsələlərinin müzakirəsi prosesində Olimpiya Mədəniyyəti və Təhsil Proqramı (OCEP) layihəsinin yaradıcısı, MOK-un beynəlxalq proqramlar idarəsinin müdiri Mehman Kərimovun fəaliyyətindən danışılıb, onun xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konqresin sonuncu günündə Azərbaycan Milli Olimpiya Akademiyasının prezidenti Ağacan Abıyev AOA-nın xüsusi mükafatı ilə təltif olunub.
Bənzər xəbərlər
Cüdo üzrə dünya çempionatına hazırlıqla bağlı mətbuat konfransı keçirilib
İyulun 16-da cüdo üzrə böyüklər arasında dünya çempionatına hazırlıq və ... Ətraflı
Avropa Kuboku: Azərbaycan atıcısı ikinci qızıl medalını qazanıb
Azərbaycan atıcılıq millisinin üzvü Ruslan Lunyov Estoniyanın Manniku şəhərində keçirilən ... Ətraflı