AFFA Bakıda təlim təşkil edib
17 mart 2025 597
AFFA Bakıda SCALE layihəsi çərçivəsində təlim təşkil edib.
Qurumun mətbuat xidmətinə istinadən, təlim futbol klublarında çalışan məşqçilər üçün təşkil olunub və onların gənclərlə daha effektli işləmələrinə dəstək verməyi hədəfləyib.
Təlimdə 5 klubdan məşqçilər iştirak ediblər. Tədbirin əsas məqsədi məşqçilərə futbolçuların həm idmanda, həm də akademik təhsildə inkişafını dəstəkləyən metodikalar təqdim etmək olub. Məşqçilər futbolçuların təhsil və idmanı balanslaşdırmasına necə kömək edə biləcəklərini, motivasiyanı artırmağı və planlaşdırmanı effektli həyata keçirmək üçün yeni yanaşmalar öyrəniblər.
İlk təlim Bakı məktəblərində çalışan fiziki tərbiyə müəllimləri üçün təşkil olunmuş və ikili karyera istiqamətində onların bilik və bacarıqlarını artırmağa yönəlmişdi. UEFA tərəfindən dəstəklənən SCALE layihəsinin hər iki təlimi Gülyana Özcan və Ofeliya Qafarova tərəfindən aparılıb. İştirakçılar interaktiv müzakirələr, praktiki məşğələlər və təcrübə mübadiləsi vasitəsilə yeni biliklər əldə ediblər.
Qeyd edək ki, SCALE Azərbaycan, Rumıniya, İtaliya, Moldova və Malta futbol federasiyalarının birgə əməkdaşlığı ilə həyata keçirilən beynəlxalq layihədir. Layihə gənc futbolçuların həm idmanda, həm də təhsildə uğur qazanmalarını dəstəkləmək, onların akademik nailiyyətlərini artırmaq və karyera perspektivlərini genişləndirmək məqsədi daşıyır.
Bənzər xəbərlər
AzVİF İcraiyyə Komitəsinin iclasında "Bakı-Xankəndi" yarışının hazırlıq prosesi müzakirə edilib
Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF) İcraiyyə Komitəsinin 4-cü iclasında "Bakı-Xankəndi" ... Ətraflı
Azərbaycanın yeniyetmə xizək alpinistləri Türkiyədə qızıl və gümüş medal qazanıblar
Azərbaycanın xizək alpinizmi üzrə yeniyetmə idmançıları Türkiyənin Kayseri şəhərində təşkil ... Ətraflı