Adaptiv cüdo layihəsi üzrə görüş keçirilib
21 yanvar 2025 865
Bp şirkətinin nümayəndə heyəti Azərbaycan Cüdo Federasiyasının (ACF) qonağı olub. Bu barədə Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən məlumat verilib. Nümayəndə heyəti federasiyanın fəaliyyəti ilə, həmçinin son bir ildə həyata keçirilən adaptiv cüdo layihəsinin nəticələri ilə tanış olub.
Görüşdə bp-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, ACF-in icraçı vitse-prezidenti Rəşad Rəsullu, cüdo üzrə Hartfordshire Universitetinin professoru Mayk Kallen, Avropa Cüdo Birliyinin Təhsil komitəsinin üzvü Nuno Delqado və hər iki təşkilatın digər nümayəndələri iştirak ediblər.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı