AAF sürət avtomobillərinin sərgisini təşkil edib
18 may 2025 740
Mayın 18-də “Sürətin evolyusiyası” layihəsinin ikinci günündə sürət avtomobillərinin və “Supercar”ların nümayişi keçirilib.
Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı, “Nazar Holdinq” və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə təşkil edilən sərgidə müxtəlif növ sürət avtomobili təqdim edilib.
Səhər saat 11-dən başlayaraq axşam saat 19-dək davam edən nümayiş paytaxtın Əziz Əliyev küçəsindən Qoşa Qala qapısının qarşısınadək olan ərazini əhatə edib.
Sürət həvəskarlarının ürəyini fəth edən bu avtomobillər təkcə dinamik xüsusiyyətləri ilə tanınmır. Həmin avtomobillər, həm də texnologiya və innovasiyalarla insan potensialının zənginliyinin təsdiqidir.
Ümumiyyətlə, “Sürətin evolyusiyası” sərgisi keçirildiyi 2 gün ərzində ziyarətçilər həm müxtəlif növ avtomobilləri seyr edib, nəqliyyat vasitələri barədə daha geniş məlumat əldə etmək imkanı qazanıb, həm də avtomobil həvəskarlarının bir-biri ilə ünsiyyətinə şərait yaradılıb. Bununla da iki gün ərzində klassik avtomobillərdən sürət avtomobillərinədək sürətin evolyusiyasını izləmək mümkün olub.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı