3x3 basketbol üzrə yığma komandalarımız Avropa kubokunun seçmə mərhələ yarışlarına qatılacaqlar
15 iyun 2023 910
İyunun 17-18-də Kiprin Limassol şəhərində 3x3 basketbol üzrə həm kişi, həm də qadın milli komandaları arasında Avropa kubokunun seçmə mərhələ yarışları keçiriləcək.
Azərbaycan Basketbol Federasiyasına istinadla xəbər verir ki, bosniyalı məşqçi Aleksandar Vlahoviçin rəhbərlik etdiyi Amil Həmzəyev, Cəbrayıl Əkbərov, Zaur Paşayev və Endar Poladxanlıdan ibarət kişi yığma komandamız A qrupunda Kipr, Lüksemburq və Malta millilərinə qarşı mübarizə aparacaq. Serbiyalı məşqçi Ratomir Deliçin rəhbərlik etdiyi Tatyana Deniskina, Aleksandra Mollenhauer, Mersedes Volker və Dina Ulyanovadan ibarət qadın yığma komandamız A qrupunda İrlandiya və Malta seçmələri ilə qarşılaşacaq.
Qadın və kişi milli komandalarımız qrupda ilk oyunlarını iyunun 17-də Malta seçmələrinə qarşı keçirəcəklər.
Qeyd edək ki, Avropa kubokunun əsas mərhələ yarışı sentyabrın 5-7-də İsrailin Yerusəlim şəhərində təşkil olunacaq.
Bənzər xəbərlər
“Şahdağ”da keçiriləcək Avropa çempionatında Azərbaycanı təmsil edəcək heyət açıqlanıb
“Şahdağ” Turizm Mərkəzində keçiriləcək Avropa çempionatında iştirak edəcək Azərbaycanın xizək ... Ətraflı
Formula 1 Azərbaycan Qran-Prisi üçün paddok tikintisinə başlanılıb
Formula 1 Azərbaycan Qran-Prisi 2026-ya hazırlıqlar çərçivəsində paddokun yenidən tikintisinə ... Ətraflı