22 yaşlı basketbolçu NBA tarixinə düşdü
03 mart 2025 801
ABŞ-nin "Çikaqo" klubunun basketbolçusu Coş Qiddi Milli Basketbol Assosiasiyasının (NBA) tarixinə düşüb. Belə ki, 22 yaşlı idmançı "Los-Anceles Klippers"ə uduzduqları (117:122) matçda əfsanəvi Maykl Cordan və Klem Haskinsin rekordunu təkrarlayıb. Görüşdə dabl-dablla (21 xal, 12 assist) yadda qalan avstraliyalı basketbolçu ardıcıl dördüncü qarşılaşmada 20-dən çox xal toplayıb və dabl-dabl edib.
Qeyd edək ki, "Çikaqo" tarixində buna daha əvvəl Maykl Cordan və Klem Haskins nail olub.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı