2042-ci il Qış Oyunları üçün ABŞ-dan yeni təşəbbüs
23 iyun 2026 - 16:15 133
ABŞ-ın Nyu-York ştatı 2042-ci il Qış Olimpiya və Paralimpiya Oyunlarını qəbul etmək üçün namizədliyini irəli sürməyə hazırlaşır.
Layihəyə əsasən, yarışların Leyk-Plesid və Nyu-York şəhərində keçirilməsi nəzərdə tutulur.
Bu məqsədlə ştatda xüsusi işçi qrupu formalaşdırılıb. Bir il ərzində fəaliyyət göstərəcək qrup mümkün namizədliyin hüquqi əsaslarını, maliyyə imkanlarını və təşkilati tərəflərini təhlil edəcək. Araşdırmaların yekununda ətraflı hesabat hazırlanaraq ştat rəhbərliyinə təqdim olunacaq.
Nyu-York ştatının qubernatoru Keti Hokul təşəbbüsün region üçün mühüm perspektivlər açdığını vurğulayıb. O bildirib ki, Leyk-Plesid daha əvvəl iki dəfə – 1932 və 1980-ci illərdə Qış Olimpiya Oyunlarına ev sahibliyi etməklə bu sahədə böyük təcrübə qazanıb.
Qubernatorun sözlərinə görə, son illərdə Leyk-Plesiddə yerləşən olimpiya idman qurğularının müasirləşdirilməsi istiqamətində geniş işlər görülüb və bu məqsədlə təxminən 750 milyon dollar vəsait ayrılıb.
Nyu-Yorkun 2042-ci il Qış Olimpiya və Paralimpiya Oyunlarına rəsmi namizəd olub-olmayacağı barədə qərar isə ekspert araşdırmaları tamamlandıqdan və yekun hesabat təqdim edildikdən sonra açıqlanacaq.
Bənzər xəbərlər
BOK Rusiya idmançılarına qarşı məhdudiyyətlərin aradan qaldırılmasını tövsiyə edib
Beynəlxalq Olimpiya Komitəsi (BOK) bundan əvvəl Rusiya idmançıları və komandalarına ... Ətraflı
Azərbaycan güləşçiləri Avropa çempionatına 1 qızıl, 2 gümüş medalla start verib
Şimali Makedoniyanın paytaxtı Skopyedə güləş üzrə U-20 Avropa çempionatı davam ... Ətraflı