İSSF - İslam Həmrəyliyi Oyunları İslam Həmrəyliyi İdman Federasiyası (İHİF) tərəfindən keçirilən çoxmillətli və çoxidmanlı tədbirdir. Məkkə və AI Taif’də (1981) təşkil etdikləri 3. İslam Zirvə Konfransında, İslam dünyasının liderləri, İKT üzvü ölkələrin ehtiyaclarına hər baxımdan xidmət göstərmək üçün İslam Həmrəyliyi İdman Federasiyasının (ISSF) qurulmasına qərar veriblər. Səudiyyə Ərəbistanı Krallığında baş tutan məclisə 34 müsəlman ölkəsinin nümayəndələri qatılır və I.S.S.F əsasnaməsi təsdiqlənır.
İslam Həmrəyliyi İdman Federasiyasının (ISSF) bəyan etdiyi missiya İslam ölkələri arasında dostluq və əməkdaşlığı idman vasitəsi ilə təbliğ etməkdir.
-
Üzv ölkələr üçün 4 ildə bir dəfə keçiriləcək İslam Həmrəyliyi Oyunlarına nəzarət etmək;
-
Bütün idman növləri üzrə turnirlərin və çempionatların təşkilinə nəzarət etmək;
-
Üzv ölkələrin idman komandaları arasında ikitərəfli səfər mübadiləsini təşviq etmək;
-
Beynəlxalq, qitə və regional səviyyələrdə idman təşkilatları ilə əməkdaşlıq müqavilələri bağlamaq;
-
Texniki təcrübə mübadiləsi və müxtəlif idman sahələrində təlim kurslarının təşkili yolu ilə Üzv Dövlətlərdə idman kadrlarını yetişdirmək və inkişaf etdirmək;
-
Konfranslar, simpoziumlar, sərgilər keçirtmək;
-
Araşdırmalara nəzarət etmək və ISSF məqsədlərinə xidmət edən nəşrləri yaymaq.