
Beynəlxalq Olimpiya Komitəsi - Olimpiya oyunlarının bütün hüqüqlarını özündə birləşdirən Beynəlxalq Olimpiya Komitəsi Beynəlxalq Olimpiya Hərəkatının rəhbər orqanıdır. BOK 1894-cü il iyunun 23-də Paris konqresində təsis edilib və daimi fəailiyyətdə olan beynəlxalq qeyri-dövlət idman təşkilatıdır. Beynəlxalq Olimpiya Komitəsinin qərargahı 1915-ci ildən Lozanna şəhərinin Saray meydanı olan Plas dyu Palede yerləşir.
Olimpiya xartiyasına müvafiq olaraq BOK-un məqsəd və vəzifələri aşağıdakılardır:
-
İdman və idman təşkilatlarının inkişafı, təşkili və onların məqsədyönlü inkişafını təmin etmək;
-
Bəşəriyyətə xidmət məqsədi ilə nüfuzlu ictimai və xüsusi təşkilatlarla əməkdaşlıq etmək;
-
Olimpiya oyunlarının müntəzəm keçirilməsini təmin etmək;
-
Olimpiya hərəkatında hər hansı hüquq bərəbərsizliyinə qarşı mübarizə aparmaq;
-
İdman etikasına riayət prinsipinə xidmət etmək;
-
İdman meydançalarında hər cür zorakılığa qarşı mübarizə aparmaq və öz qüvvəsini təmiz oyun ruhunun bərqərar olmasına sərf etmək;
-
İdmanda dopinqlə mübarizəyə rəhbərlik etmək;
-
İdmançıların sağlamlığı üçün təhlükə yaradan amilllərə qarşı mübarizə aparmaq;
-
İdmanda hər hansı siyasət və kommersiyadan sui-istifadə hallarına qarşı mübarizə aparmaq;
-
Beynəlxalq Olmipiya Akademiyası ilə (BOA) tərəfdaşlıq etmək;
-
Olimpiya təhsili işi ilə əlaqədar digər təşkilatlara yardım göstərmək;
Milli Olimpiya Komitəsi 1993-cü ildə Beynəlxalq Olimpiya Komitəsinə üzv qəbul edilİb. Tərəflər arasında güclü əməkdaşlıq əlaqələri mövcuddur.