ASOIF

30 May 1983-cü ildə  -  1984 Yay Olimpiya Oyunları proqramına daxil olan dövrdə idmanı tənzimləyən 21 Beynəlxalq Federasiya, Yay Olimpiya Beynəlxalq Federasiyaları Birliyini - ASOIF-i yaratmağa qərar verdi.

ASOIF,  konstitusiyasının ilk maddəsində deyildiyi kimi 'üzvlərinin ümumi maraqlarını koordinasiya etmək və müdafiə etmək'  həmçinin 'üzvləri ilə Olimpiya Hərəkatı üzvləri və digər təşkilatlar arasında sıx əməkdaşlığı təmin etmək' üçün quruldu. Bu ehtiyaclar, 'üzv Beynəlxalq Federasiyaların nüfuzunu, müstəqilliyini və muxtariyyətini' qoruyaraq Olimpiya hərəkatının birliyini müdafiə etmək üçün müəyyən edilmişdir.

ASOIF-in Missiyası:  ASOIF-in missiyası Yay Olimpiya Beynəlxalq Federasiyalarını (BF) birləşdirmək, tanıtmaq və dəstəkləməkdir, həmçinin  ümumi maraqlarını və hədəflərini koordinasiya edərkən muxtariyyətlərini də qorumaq da vacibdir. 

ASOIF-in rolu: ASOIF-in rolu, Yay Olimpiya Oyunlarında və Olimpiya Hərəkatında ümumi maraq doğuran məsələlərdə və Beynəlxalq Federasiyaların zəruri hesab etdiyi digər məsələlərdə Yay Olimpiya Beynəlxalq Federasiyalarına ən səriştəli, ifadəli və peşəkar şəkildə xidmət göstərmək və təmsil etməkdir.

Beynəlxalq Federasiyaların Missiyası:  Beynəlxalq Federasiyaların Olimpiya Oyunları zamanı tədbirlərin praktiki təşkili və bu idman növləri ilə hər səviyyədə məşğul olan idmançıların inkişafına nəzarət də daxil olmaqla, dünyanın müxtəlif idman fənlərinin gündəlik işini idarə etmək və izləmək haqları var.  Beynəlxalq federasiyalar idmanı dünya səviyyəsində idarə edir və təbliğini və inkişafını təmin edir. 

Bütün üzvlər ildə bir dəfə Baş Məclisdə bir araya gəlirlər. Baş Assambleya ümumiyyətlə Beynəlxalq Olimpiya Komitəsinin İcra heyəti ilə Beynəlxalq Federasiyalar arasında Olimpiya Hərəkatının ortaq maraqları naminə çoxsaylı mövzuların müzakirə olunduğu ortaq iclasdan əvvəl olur.

ASOIF, hamısı Yay Olimpiya Beynəlxalq Federasiyalarının liderləri və ASOIF İcraçı Direktoru olan səkkiz fərdi üzvdən ibarət olan bir icra orqanı olan Şura tərəfindən idarə olunur.

ASOIF rəhbərliyi hazırda Lozannada yerləşir və ASOIF İcraçı Direktoru rəhbərlik edir.