ANOC

ANOC - Milli Olimpiya Komitələrini bir araya toplayan və onların işinə nəzarət edən Milli Olimpiya Komitələri Assosiyası (ANOK) 1968-ci lidə yaradılıb. Bu təşkilata qədər BOK və MOK-lar arasındakı əlaqələr birtərəfli xarakter daşıyırdı. 

ANOK-un fəailiyyət istiqamətləri; 

  • Beynəlxalq Olimpiya Komitəsi və MOK-lar arasında sıx əməkdaşlığı təmin etmək;  

  • Qabaqcıl iş təcrübəsini və məlumatları yaymaq; 

  • Olimpiya hərəkatının genişlənməsinə yönəlmiş layihə və təkliflərin işlənməsi və onların BOK-a qəbul edilməsi; 

  • Ölkənin idman hərəkatında MOK-ların rolunun güclənməsi; 

  •  Təşktlatı məsələlər üzrə ixtisaslı və peşəkar kadrların hazırlanması; 

  •  İdman komplekslərinin tikintisi və digər məsələlərdə geniş və hərtərəfli texniki yardım edilməsi.

 

Afrika Milli Olimpiya Akademiyası Assosiyası (ANOKA), Asiya Olimpiya Şurası (OKA), Pan-Amerika İdman Təşkilatı (ODEPA), Avropa Milli Olimpiya Komitələri Assosiyası (AENOK), Okeaniya Milli Olimpiya təşkilatı (ONOK) belə təşkilatlardandır. Bu təşkilatların əsas vəzifəsi dünyanın müxtəlif kontinent və regionlarında Olimpiya idman növlərinin inkişafını təmin etməkdir.