Xəbərlər

Zəfər Günləri – mükafatlandırma mərasimi

31 may 2017 263

31 may 2017-ci il tarixində Milli Olimpiya Komitəsinin inzibati binasında “Zəfər Günləri” layihəsi çərçivəsində fərqlənmiş iştirakçı və media nümayəndələrinin mükafatlandırma mərasimi keçirildi.

Tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və baş katibin müavini Azər Əliyev, və mükafatlandırılan qonaqlar iştirak etdilər.

Görüşün giriş sözü ilə açan Çingiz Hüseynzadə layihənin əhəmiyyəti və nəaliyyəti haqqında danışdı: ” Zəfər Günlərinin unikallığı, onun həm media nümayəndələri, həm də ictimaiyyət nümayəndələrinə öz qəhrəmanları ilə yaxından tanış olmaq imkanı yaradır. 14-23 may tarixdə keçirilən tədbirdə iştirakına görə hər kəsə təşəkkürümü bildirir və Azərbaycanın idman tarixində qazanılacaq medalların bizim üçün hər günün Zəfər günü olacağına inanıram!”

Daha sonra mükafatçıların tətif mərasiminə başladı. Azərbaycan Çerlidinq Federasiyası, Bakı şəhər Nizami rayonu Uşaq-Gənclər yaradıcılıq mərkəzinin badii kollektivləri – Aazəri İnciləri Rəqs qrupu, “Bir” tələbə – könüllü proqramının, MOK-da təcrübə keçən təcrübəçilərin və Olimpiya Komandasının könüllülərinin mükafatlandırıldı.

Zəfər Günləri çərçivəsində MOK-un tərəfdaşı olan “Lider TV və Radio Azərbaycan” MMC mükafatlandırıldı. Televiziya kanalı vasiyəsi ilə canlı yayımda dəstəyi olan “Lider TV” layihənin cəmiyyətdə yayımlanmasına dəstək oldu.

Media nümayəndələri arasında mükafatlandırma isə 4 kategoriya üzrə keçirildi.

Ən yaxşı Fotoqraf:
Ağaəli Məmmədov
Dilavər Nəcəfov
Rauf İsgəndərov
Mirzə Şərifov

Ən yaxşı qəzet:
Azərbaycan Qəzeti
İki sahil Qəzeti
Xalq Qəzeti
Yeni Azərbaycan Qəzeti
Olimpiya Dünyası Qəzeti
Ekspress Qəzeti

Ən yaxşı İnformasiya Agentliyi:
Azərbaycan Dövlət İnformasiya Agentliyi
Trend.az
Report.az

Ən yaxşı Televiziya Kanalı:
Azərbaycan Dövlət Televiziya və Radio şirkəti
CBC sport TV
Space TV