Xəbərlər

“Zəfər-2022"nin qalibləri açıqlandı – MOK təltif olunanlar arasındadır

27 yanvar 2023 596

"Sportsman" jurnalının təşkil etdiyi "Zəfər" Beynəlxalq İdman Mükafatı-2022-nin qaliblərinin adları açıqlanıb. Bununla bağlı "JW Marriott Absheron” otelinin "Şərq" zalında təltifetmə mərasimi təşkil olunub. AZƏRBAYCAN İDMANININ VƏ OLİMPİYA HƏRƏKATININ İNKİŞAFINDAKI XİDMƏTLƏRİNƏ GÖRƏ – MİLLİ OLİMPİYA KOMİTƏSİ  “Zəfər-2022” mükafatına layiq görülüb. 
Gənclər və İdman Nazirliyinin dəstəyilə təşkil olunan tədbirdə diplomlar aşaşıdakı şəxslərə təqdim olunub: 
“ZƏFƏR 2022”BEYNƏLXALQ İDMAN MÜKAFATI 
İLİN İDMANÇISI –ELDƏNİZ ƏZİZLİ 
İLİN VETERAN İDMANÇISI –EDUARD MƏMMƏDOV 
İLİN MƏŞQÇİSİ –SİYANA VASİLEVA 
İLİN İDMAN FEDERASİYASI – AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI   
İLİN MİLLİ KOMANDASI – AZƏRBAYCAN MİLLİ KARATE FEDERASİYASININ KOMANDASI 
İLİN İDMAN KLUBU – “NEFTÇİ” İK 
İLİN FUTBOLÇUSU - RAMİL ŞEYDAYEV 
İLİN İDMAN JURNALİSTİ – MEHMAN SÜLEYMANOV 
İLİN İDMAN HƏKİMİ - professor HÜSEYNƏLİ İSMAYILOV 
İLİN İDMAN VERİLİŞİ –FOTO + (CBC Sport) 
İLİN İDMAN YARIŞI – “PREZİDENT KUBOKU – 2022” REQATASI 
İLİN İDMAN SAĞLAMLIQ MƏRKƏZİ –“THE CLUB” PORT BAKU 
AZƏRBAYCAN İDMANININ TƏBLİĞİNDƏKİ XİDMƏTLƏRİNƏ GÖRƏ - AYDIN ƏLİYEV(Azərbaycan Televiziyası) 
GİMNASTİKA İDMAN NÖVLƏRİNİN İNKİŞAFINDAKI XİDMƏTLƏRİNƏ GÖRƏ – AZƏRBAYCAN GİMNASTİKA FEDERASİYASI 
CÜDO İDMAN NÖVÜNÜN İNKİŞAFINDAKI XİDMƏTLƏRİNƏ GÖRƏ – AZƏRBAYCAN CÜDO FEDERASİYASI 
AZƏRBAYCAN FUTBOLUNUN İNKİŞAFINDAKI XİDMƏTLƏRİNƏ GÖRƏ – AZƏRBAYCAN FUTBOL FEDERASİYALARI ASSOSİASİYASI 
AZƏRBAYCAN UŞAQ FUTBOLUNUN İNKİŞAFINDAKI XİDMƏTLƏRİNƏ GÖRƏ – ARİF ZEYNALOV 
İDMAN TƏDBİRLƏRİNİN TƏŞKİLİNDƏKİ XİDMƏTLƏRİNƏ GÖRƏ – BƏHRUZ SƏMƏDOV 
Qeyd edək ki, yarandığı gündən “Sportsman” jurnalının ən üмdə arzularından, istəklərindən biri də “Frans Futbol”, “Laureus”, “Slava” kimi öz mükafatını yaratmaq, Olimpiya Oyunlarında, Avropa və dünya çempionatlarında qazandıqları nailiyyətləriylə hər bir Azərbaycan vətəndaşını sevindirən, ona qürur hissi yaşadan qəhrəmanlarımızın xidmətləri şərəfinə mükafat təsis etmək idi. Nəhayət, “Sportsman” jurnalı, 2007-ci ildə Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Zəfər” Yüksək İdman Nailiyyətləri Mükafatını təsis etdi. Mükafatın ilk təqdimetmə mərasimi isə 31 yanvar 2009-cu ildə Bakı Əyləncə Mərkəzinin “Eliza” zalında baş tutdu. Beləcə, müxtəlif layihələr həyata keçirən “Sportsman” jurnalı, 2008-ci ilin ən yüksək idman nailiyyətlərini müəyyən edərək, böyük uğurlar əldə etmiş idmançılara, məşqçilərə, idman mütəxəssislərinə, Azərbaycan idmanına dəstək olan qurumlara müxtəlif nominasiyalar üzrə mükafatlar təqdim etdi. 
“Zəfər”, respublika sərhədlərini aşaraq, “Zəfər Beynəlxalq İdman Mükafatı” statusunu qazandı.