Yığma üzvümüz Dünya Velosiped Mərkəzində
12 mart 2021 1244
Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF) və Beynəlxalq Velosipedçilər İttifaqı (UCI) arasında şose velosipedi üzrə U-23 yığma komandamızın üzvü Ayan Xankişiyevanın İsveçrənin Eqle yerləşən yerləşən Dünya Velosiped Mərkəzində (WCC – World Cycling Centre) ilin sonunadək təlim keçməsi barədə razılıq əldə olunub.
Martın 8-dən etibarən İsveçrədə olan idmançımız burada hazırlıq proseslərində iştirak edəcək və Dünya Velosiped Mərkəzinin komandasının heyətində beynəlxalq yarışlara qatılmaqla öz ustalıq səviyyəsini artıracaq.
Məlumat üçün bildirək ki, Beynəlxalq Velosipedçilər İttifaqı hər il planetin müxtəlif ölkələrindən məhdud sayda gənc və perspektivli idmançıları xüsusi seçim əsasında Dünya Velosiped Mərkəzinə cəlb edir.
Bənzər xəbərlər
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq.
Bu barədə Azərbaycan Qış ... Ətraflı
Azərbaycan Voleybol Federasiyasının rəsmisi CEV tərəfindən təyinat alıb
Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin beynəlxalq əlaqələr üzrə mütəxəssisi ... Ətraflı