Xəbərlər

Yeniyetmələrin 13-cü Avropa Olimpiya Festivalında komandamız uğur qazandı

28 iyul 2015 434

Azərbaycanlı yeniyetmə atletlərdən ibarət komanda 28 iyul tarixlərində Avropa Gənclər Olimpiya Festivalında mübarizədə qızıl,gümüş və bürünc medal əlavə edib.

Festivalın ikinci günündə həmyerlilərimizdən Şəfəq Həmidova qızlar arasında cüdo idman növü üzrə 40 kg çəkidə fəxri kürsün ən yüksək pilləsinə qalxaraq, qızıl medal qazandı. Eyni idman növü üzrə oğlanlar arasında mübarizədə Kəmarət Hüseynov 55 kg çəkidə gümüş medala və İbrahim Bayramlıisə50 kg çəkidə bürünc medala sahib oldu.

Xatırladaqki, Azərbaycanı Tiflis şəhərində keçirilənOlimpiya Festivalında təmsil edən Milli Yığma Komanda 35 nəfər idmançıdan ibarətdir ki,onlardan 10-u yüngül atletika, 4-ü tennis, 5-i üzgüçülük, 1-i bədii gimnastika, 3-ü velosiped və 12-si cüdo idman növlərində mübarizə aparırlar.