Yaponiyanın Şika şəhərinin merinin iştirakı ilə Bakı Avropa liseyində tədbir keçirilib
28 noyabr 2022 410
.jpeg)
25 noyabr Bakı Avropa Liseyində OCEP proqramı çərçivəsində möhtəşəm tədbir gerçəkləşdi. Azərbaycan məktəbliləri OCEP layihəsi çərçivəsində təmsil etdikləri Yaponiyanın təbliğatına həsr olunan maraqlı konsert proqramı ilə qonaqların qarşısına çıxdı. Əvvəlcə OCEP məktəbliləri Şika şəhəri haqda təqdimatla çıxış etdilər. Şika şəhərinin Vadaiko (zərb aləti) ifaçılarının çıxışı böyük maraqla qarşılandı. Bakı Avropa Liseyinin şagirdləri Azərbaycan mədəniyyətinin təqdimatı məqsədilə hazırladıqları konsert proqramı idmandan bəhs edən flashmob, azərbaycan milli rəqsləri ilə yanaşı yapon rəqslərindən ibarət idi. Bakı Avropa Liseyinin gənc istedadlarının klassik musiqi ifası da tədbirə toplaşanların diqqətini çəkdi. Yaponiyanın Şika şəhərinin meri Koizumi Masaru, Yaponiyanın Azərbaycandakı səfirliyinin birinci müşaviri Takeya Yukihiro, Bakı Avropa Liseyinin direktor müavini Rəhilə Əliyarzadə, Olimpiya Komitəsini nümayəndəsi Ceyhun Rəhmanov və YAP Xətai rayonu təşkilatının sədri Vüqar Rəhimzadə çıxış edərək uşaq və yeniyetmələr arasında idman və mədəniyyət sahələrinin təbliğində əhəmiyyətli rol oynayan OCEP proqramının davam etməsinin vacibliyini vurğuladılar.
Qeyd edək ki, Olimpiya Mədəniyyəti və Təhsili Proqramı” (OCEP) Bakı 2019 Avropa Gənclər Olimpiya Festivalı dövründə Beynəlxalq Olimpiya Komitəsinin dəstəyi ilə Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi tərəfindən yaradılıb və hal hazırda yalnız Avorpa deyil dünyanın müxtəlif ölkələrini də əhatə edir.
Bənzər xəbərlər

Azərbaycan taekvondoçuları Avropa çempionatını bir medalla başa vurublar
Azərbaycan taekvondoçusu Zemfira Həsənzadə U-21 Avropa çempionatında bürünc medal qazanıb.
46 ... Ətraflı

Çövkən üzrə növbəti Prezident Kuboku keçiriləcək
Dekabrın 15-dən 17-dək Bakıda çövkən milli atüstü oyunu üzrə növbəti ... Ətraflı