Yanvarın 18-də gənclər və idman naziri Fərid Qayıbov ölkəmizdə səfərdə olan Malayziya Olimpiya Şurasının prezidenti Məhəmməd Norza Zəkəriyyəni qəbul edib
18 yanvar 2023 333
Qonağı salamlayan Fərid Qayıbov ölkəmizdə son illər idman sahəsində görülən işlər, dövlət idman siyasətinin icrası və qazanılan nəticələr barədə məlumat verib. Səmimi qəbula görə minnətdarlıq edən qonaq idman sahəsində əməkdaşlığın hər iki ölkə üçün faydalı ola biləcəyini qeyd edib. Görüş zamanı idman sahəsində qarşılıqlı tərcübə mübadiləsi, birgə təlim məşqlər və digər məsələlər müzakirə olunub.
Görüşdə nazir müavini Mariana Vasileva, İdman şöbəsinin müdiri Elnur Məmmədov, Malayziya Gimnastika Federasiyasının baş katibi Afrita Nasril və Malayziyanın ölkəmizdəki Səfirliyinin müşaviri Mardiana Binti Mohamed Rohani iştirak ediblər.
Bənzər xəbərlər
MOK-da Olimpiya idman növləri üzrə federasiyalar üçün seminar keçirilib
Martın 29-da Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Olimpiya idman ... Ətraflı
Azərbaycanın daha 2 boksçusu "Böyük İpək Yolu" turnirində qızıl medal qazanıb
Bakıda təşkil edilən kişi boksçular arasında ənənəvi “Böyük İpək Yolu” ... Ətraflı