WADA, AMADA və MOK arasında üç tərəfli görüş keçirildi
06 fevral 2018 728
Bu gün Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi Avropa Şurasının Anti-dopinq konvesiyası və Azərbaycan Milli Anti-Dopinq Agentliyi (AMADA) heyəti ilə görüş keçirilib.
Avropa Şurasının Anti-dopinq konvesiyası mütəxəssislərindən Dünya Anti-dopinq Agentliyinin direktor müavini Tom Mey və digər nümayəndələr Rafal Piekota, Satu Heikkinen, Florian Kavel, Lien Kozlovska, Olimpia Karavasili , Milli Olimpiya Komitəsindən vitse-prezidenti Çingiz Hüseynzadə, baş katib Ağacan Abıyev, baş katibin müavini Azər Əliyev, həmçinin AMADA-nın baş direktoru Şəfəq Hüseynli iştirak edirdi.
Görüşün məqsədi hal-hazırda Azərbaycandakı mövcud anti-dopinq qanunvericilik, siyasət, və qululuş vəziyyətini təhlil etmək, lazımi yönlərdə inkişafına kömək göstərməkdən ibarətdir.
Tədbirdə MOK və AMADA əlaqələri müzakirə olundu. 2016-cı ildə imzalanmış memorandum əsasında Milli Olimpiya Komitəsi və Azərbaycan Anti-dopinq Agentliyi idmançıların ciddi ziyan vuran güclü təsir edən maddələrin istifadə edilməsinin qarşısını almaq məqsədilə sıx əməkdaşlıq edir.
Əlavə olaraq, Milli Olimpiya Komitəsinin “2018- Anti-dopinq ili” layihəsi nəzərdən keçirildi. Burada idmançılar və məqçilərə seminarların keçirilməsi, media nümayəndələri ilə açıq görüşlər, müxtəlif idman federasiyaları ilə təlimlərin keçirilməsi aiddir.
Sonda mütəxəssislərin layihə və Azərbaycandakı anti-dopinq vəziyyəti ilə bağlı sualları cavablandırıldı.
Bənzər xəbərlər
Azərbaycanlı avarçəkən Türkiyədə iki medal qazandı
Türkiyənin Muğla şəhərində avarçəkmə üzrə “Bahar Kuboku” adı altında açıq ... Ətraflı
Stolüstü tennisçimiz Belçikada medal qazanıb
Stolüstü tennisçimiz Onur Quluzadə Belçikanın Spa şəhərində təşkil olunan “WTT ... Ətraflı