Voleybolçu oğlanlar arasında Azərbaycan birinciliyinə start verilib
25 fevral 2024 272
Bu gün 16 yaşadək (U-16) voleybolçu oğlanlar arasında Azərbaycan birinciliyinə start verilib.
Şirvan Olimpiya İdman Kompleksində təşkil olunan yarışın ilk günündə 4 oyun keçirilib. Qeyd edək ki, birincilikdə ümumilikdə 10 komanda iştirak edir. Komandalar iki qrupa bölünüb və bir dövrədə mübarizə aparırlar.
Oyunlar dairəvi sistemlə keçirilir. Qruplarda ilk iki yeri tutacaq kollektivlər pley-offa vəsiqə qazanacaqlar. Daha sonra yarımfinal və üçüncülük uğrunda qarşılaşmalar baş tutacaq.
İştirakçı komandalar:
A qrupu: “Murov Az Terminal-2”, “Tovuz RVK”, “Hacıqabul RVK”, “Sumqayıt RVK”, “Oğuz RVK”
B qrupu: “Murov Az Terminal-1”, “Gəncə RVK”, “AZERRAIL”, "Milli Aviasiya Akademiyası”, “Xarı Bülbül Şuşa”
25 fevral
Oyunların nəticəsi
“Murov Az Terminal-2” – “Hacıqabul RVK” (1:2)
“Murov Az Terminal-1” – “AZERRAIL” (0:2)
“Tovuz RVK” – “Sumqayıt RVK” (0:2)
“Gəncə RVK” – “Milli Aviasiya Akademiyası” (2:1)
Bənzər xəbərlər
Bu gün Paris-2024 Yay Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək
Bu gün Fransanın paytaxtı Parisdə XXXIII Yay Olimpiya Oyunlarının açılış ... Ətraflı
Paris-2024: Boksçularımızın ilk rəqibləri bəlli olub
Paris-2024 Yay Olimpiya Oyunlarının boks yarışlarının püşkü atılıb. Püşkə əsasən ... Ətraflı