Voleybol üzrə Azərbaycan çempionatı: Lider ili qələbə ilə başa vurub
19 dekabr 2023 169
Qadın voleybolçular arasında Azərbaycan çempionatında 2023-cü ilin son oyunları keçirilib.
VII turun açılış matçında “Azərreyl” və “Gəncə” klubları qarşılaşıblar. Cengiz Akarçeşmenin başçılıq etdiyi komandanın üstünlüyü ilə keçən görüşdə bakılılar 3:0 hesablı qələbə qazanıblar.
Günün ikinci, ilin isə son matçında “Milli Aviasiya Akademiyası” və “Murov Az Terminal” komandaları üz-üzə gəliblər. Üç set davam edən matçda ilk hissədən təşəbbüsə yiyələnən “Murov Az Terminal” üstünlüyü sonadək qoruyub və rəqibinə 3:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, 7 turdan sonra “Azərreyl” 18 xalla turnir cədvəlinə başçılıq edir. Eyni xala malik “Abşeron” ikinci yerdədir. “Murov Az Terminal” 15 xalla 3-cü, “Gəncə” 9 xalla 4-cü, “Milli Aviasiya Akademiyası” 3 xalla 5-ci, xalı olmayan UNEC isə sonuncu pillədə qərarlaşıb.
Bənzər xəbərlər
Azərbaycanın qadın boksçuları lisenziya turnirinə Qazaxıstanda hazırlaşacaqlar
Qadın boksçulardan ibarət Azərbaycan millisi Qazaxıstana yollanıb.
Yığma Almatı Olimpiya Hazırlıq ... Ətraflı
Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş futzal turnirinə yekun vurulub
UEFA-nın “Hat-Trick” proqramı çərçivəsində AFFA və Azərbaycan Texniki Universitetinin (AzTU) ... Ətraflı