Xəbərlər

Veteran cüdoçularımız fərdi yarışlarda 9 qızıl, 5 gümüş və 5 bürünc medal qazanıb

05 iyun 2022 742

 2-4 iyun 2022-ci il tarixlərində Yunanıstanın Heraklion şəhərində keçirilən usta cüdoçular arasında Avropa çempionatının fərdi yarışlarına yekun vurulub.
Veteranlardan ibarət komandamız çempionatın üçüncü gününü ümumilikdə 8 medalla başa vurublar.
Nəticələrə görə, veteranlarımız çempionatda kişilər arasında və ümumi hesabda birinci yerdədir.
İdmançılarımız sabah isə komanda yarışlarına qoşulacaq.

M1 yaş kateqoriyası
-73 kq. 
Nadir Babayev – qızıl medal 
-100 kq. 
Tural Səfquliyev – qızıl medal 

M2 yaş kateqoriyası
-66 kq. 
Vüqar Babayev – gümüş medal 
-73 kq. 
Məmməd Məmmədov – qızıl medal 
-81 kq. 
Samir İsmayılov – qızıl medal 
-100 kq.
İntiqam Ələkbərov – gümüş medal 
İlham Heydərov – bürünc medal 
Ramil Muradov – bürünc medal 

M3 yaş kateqoriyası
-81 kq. 
Azər Fətullayev – qızıl medal 

M4 yaş kateqoriyası
-60 kq. 
Babək Hacıyev – qızıl medal 
-73 kq. 
Rauf Fərzəliyev – bürünc medal 
-90 kq. 
Mahir Ağamirzəyev – gümüş medal 
-100 kq.
Emil Hüseynov – qızıl medal 

M5 yaş kateqoriyası 
-73 kq. 
Müşviq Cəfərov – gümüş medal 
-90 kq. 
Mübariz Cəfərov  - qızıl medal 
+100 kq.
Qabil Qasımov  - gümüş medal 

M6 yaş kateqoriyası  
-81 kq. 
Natiq Qasımov – bürünc medal 

M7 yaş kateqoriyası 
-90 kq.
Fərhad Rəcəbli - qızıl medal 

M8 yaş kateqoriyası 
-81 kq
Şamil Sövzəliyev - bürünc medal 

Cüdoçularımızı təbrik edirik!