V İslam Həmrəyliyi Oyunlarının təntənəli bağlanış mərasimi keçirilib
18 avqust 2022 685
Bakı vaxtı ilə saat 21:00-da start götürən mərasim Konyadakı 15 İyul Stadionunda təşkil olunub.
Tədbirdə Türkiyənin gənclər və idman naziri Mehmet Muharrem Kasapoğlu və İslam Həmrəyliyi İdman Federasiyasının (ISSF) prezidenti Abdülaziz bin Türki el Faysal el-Suud iştirak ediblər.
Əvvəlcə Konyanın tarixi, mədəniyyəti və turizm potensialından bəhs edən videoçarx nümayiş olunub.
Sonra Türkiyənin Dövlət bayrağı qaldırılıb və İstiqlal Marşı səsləndirilib.
Oyunlarda iştirak edən 54 ölkənin bayrağı səhnəyə gətirilib. Bağlanış mərasimində Azərbaycan nümayəndə heyətinin bayraqdarı İslam Həmrəyliyi Oyunlarının üçqat mükafatçısı, basketbol 3x3 milli komandasının üzvü Zaur Paşayev olub. Daha sonra yarışların iştirakçıları, o cümlədən Azərbaycan idmançıları stadiona daxil olaraq paradda iştirak ediblər.
V İslam Həmrəyliyi Oyunlarına dair videoçarx nümayiş etdirildikdən sonra könüllülərə təşəkkür ifadə olunub.
Bənzər xəbərlər
Stolüstü tennisçimiz Lüksemburqda bürünc medal qazandı
Stolüstü tennisçi Onur Quluzadə daha bir beynəlxalq yarışda fəxri kürsüdə ... Ətraflı
Gənc cüdoçulardan ibarət millimiz Avropa kubokunda iştirak edəcək
Mayın 20-21-də İtaliyanın Liqnano şəhərində cüdo üzrə Avropa Kuboku turniri ... Ətraflı