Üç şahmatçımız liderlər qrupunda
13 noyabr 2022 784
Türkiyənin Antalya şəhərində müxtəlif yaş qrupları arasında şahmat üzrə Avropa Çempionatında 7 tur arxada qalıb.
12 yaşlı oğlanların yarışında Azərbaycan şahmatçısı Əhməd Xaqan 7 oyundan 6,5 xal toplamaqla liderliyini davam etdirir. İkinci pillədəki Türkiyə təmsilçisi Yigit Karaca həmyerlimizdən yarım xal geri qalır.
16 yaşlı oğlanların turnirində Cahandar Azadəliyev 5,5 xalla ikinci pillədə qərarlaşıb. Bu yaş kateqoriyasında lider olan polşalı Jan Malek şahmatçımızı 1 xal qabaqlayır.
10 yaşlı qızların yarışında iki iştirakçı eyni xal toplayıb. Marianta Lampou (Yunanıstan) və Azərbaycan şahmatçısı Leyla Mirzəliyeva hərəyə 6,5 xal toplayıb və ilk pillələrdə qərarlaşıb.
Xatırladaq ki, Avropa çempionatına noyabrın 15-də yekun vurulacaq. Ümumilikdə yarışda 46 ölkədən 1000-ə yaxın şahmatçı mübarizə aparır.
Bənzər xəbərlər
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq.
Bu barədə Azərbaycan Qış ... Ətraflı
Azərbaycan Voleybol Federasiyasının rəsmisi CEV tərəfindən təyinat alıb
Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin beynəlxalq əlaqələr üzrə mütəxəssisi ... Ətraflı
.jpeg)
