Xəbərlər

U-21 gənclər arasında Azərbaycan birinciliyinin fərdi yarışları başa çatdı

23 fevral 2023 567

22-23 fevral tarixlərində cüdo üzrə 21 yaşa qədər gənclər arasında Azərbaycan birinciliyinin fərdi yarışlarına keçirilib.

Yarış Azərbaycan Cüdo Federasiyası və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilib. Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində keçirilən yarışda 16 çəki dərəcəsində arasında qaliblər müəyyənləşib. 64 klub, cəmiyyət və idman təşkilatından olan 245 cüdoçu medallar uğrunda mübarizə aparıb.

Yarışın ikinci günündə qızlar arasında -48 kq., -57 kq., -70 kq. və +78 kq. çəki dərəcələrində, oğlanlar arasında isə -60 kq., -73 kq., -90 kq. və +100 kq. çəki dərəcələrinə mükafatçılar bəlli olub.

Fərdi yarışların son nəticəsinə görə, ümumi komanda hesabında medalların sayına görə 1-ci yerə Neftçi İdman Klubu, 2-ci yerə Atilla İdman Klubu İdman Birliyi, 3-cü yerə isə “Kanokan TT” İdman Klubu layiq görülüb. 24 komanda müxtəlif əyarlı medal qazanıb.

Qeyd edək ki, birinciliyin komanda yarışları isə 24 fevralda baş tutacaq. 

 

Qaliblərin siyahısını təqdim edirik:

 

Qızlar

 

-48 kq. 

1. Leyla Dəmirova

 

-52 kq. 

1. Rita Əliyeva

2. Fidan Əliyeva 

3. Aynur Əfəndiyeva 

3. Kəmalə Əliyeva 

 

-57 kq. 

1. Lətifə Abbasova 

2. Nuray Quliyeva 

3. Rəmziyyə Hüseynova 

3. Gülnarə Bayramova

 

-63 kq. 

1. Leyla Atayeva 

2. Emilya Mirzəyeva 

3. Sevda Nəbiyeva 

3. Nigar Əlibəyli

 

-70 kq. 

1. Pərvanə Abdullayeva 

2. Aysu Həsənova

 

+78 kq. 

1. Nigar Süleymanova 

2. Elnarə Rəşidova

 

Oğlanlar

 

-55 kq. 

1. Tahir Həsənli 

2. Hüseyn Sadıqov 

3. Amin İsmayılov 

3. Adil Əliyev 

 

-60 kq. 

1. Nurlan Kərimli 

2. Nizami İmranov 

3. Elton İmranov 

3. Nicat Şirinov

 

-66 kq. 

1. Aydın Rzayev 

2. İslam Rəhimov 

3. Samir Piriyev 

3. Nicat Nağıyev 

 

-73 kq. 

1. Elnur Qasılov 

2. Süleyman Əliyev 

3. Qadir Hüseynov 

3. Nahid İsmayılov

 

-81 kq. 

1. Əli Həsənzadə

2. Məmmədrza Hacızadə 

3. Camal Bağışov 

3. Nahid Tarquliyev 

 

-90 kq. 

1. Əjdər Bağırov 

2. İsmayıl Zamanov 

3. Fərid Niyazov 

3. Nahid Şıxalizadə

 

-100 kq. 

1. Atababa Niftəliyev

2. Rəsul Aydəmirov 

3. Tamerlan Cabbarov 

3. Hüseyn Dadaşov

 

+100 kq. 

1. Kənan Nəsibov 

2. Məhəmməd Məmmədzadə 

3. Orxan Məcidli 

3. İlkin Baxşaliyev

 

İdmançılarımızı təbrik edirik!