Xəbərlər

Triatlon və Cüdo federasiyalarının prezidentləri seçildi

04 sentyabr 2015 313

Sentyabrın 4-ü Milli Olimpiya Komitəsində Azərbaycan Triatlon Federasiyasının (ATF) hesabat-seçki konfransı və Azərbaycan Cüdo Federasiyasının (ACF) idarə heyətinin iclası keçirildi. Hər iki tədbirdə səs vermə nətəcəsində müvafiq federasiyaların prezidentləri yeni vəzifələrinə layiq görüldülər.

İlk tədbirdə çıxış edən Milli Olimpiya Komitəsinin vitse prezidenti Çingiz Hüseynzadə Triatlon federasiyasının yeni prezidenti Azər Məhərrəmovu təbrik edərək gələcək fəaliyyətində uğurlar arzu etdi. Çingiz Hüseynzadə qeyd etdi ki, Triatlon federasiyası və Azərbaycanın uğurları davamlıdı və Rostevslav Pevtsonun İlk Avropa Oyunlarında medal qazanmasını nümunə gətirmək mümkündür.

Həmçinin qürumun yeni prezidenti federasiya haqqında ətraflı məlumat verərək gələcək planlardan danışdı. O bildirdi ki, Azərbaycan triatlon idman növü üzrə “Rio 2016” Yaya Olimpiya Oyunlarında təmsil olunacaqdır.

Tədbirdə iştirak edən Gənclər və İdman naziri Azad Rəhimov triatlonun eksklüziv idman növü olduğunu vurğulayaraq birinci Avropa Oyunlarında təmsilçimizin medal qazanmasını məmnunluqla diqqətə çatdırıb. Nazir Azad Rəhimov Azər Məhərrəmova gələcək fəaliyyətində uğurlar arzulayıb.

Azərbaycan Cüdo Federasiyasının idarə heyətinin iclasında Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Azərbaycan Cüdo Federasiyasının prezidenti Füzuli Ələkbərovun ərizə ilə müraciət edərək istefa verdiyini bildirib.

Tədbirdə keçirilmiş səs vermədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti Rövnəq Abdullayev Azərbaycan Cüdo Federasiyasının yeni prezidenti seçildi. O, Cüdo federasiyasının uğurlu fəaliyyəti üçün səylə çalışacağını bildirib.

Həmçinin Milli Olimpiya Komitəsinin vitse prezidenti və Gənclər və İdman naziri seçilmiş namizədə uğurlar arzu ediblər.