Tomas Bax Tokio-2020-nin keçiriləcəyinə əmindir
22 yanvar 2021 439
Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax Tokioda reallaşacaq Olimpiya və Paralimpiya Oyunlarının keçiriləcəyinə əmin olduğunu bildirib. Bu barədə BOK-un prezidenti "Kyodo" agentliyinə müsahibəsində bildirib: “Hazırda bizim əlimizdə Tokio Olimpiya Oyunlarının açılışının iyulun 23-də paytaxt stadionunda baş tutmayacağını demək üçün elə bir əsas yoxdur".
T.Bax bildirib ki, Tokio Olimpiadasını təhlükəsiz və uğurlu keçirmək mümkün olacaq. Qeyd edək ki, son günlərdə paytaxt Tokioda və bir neçə prefekturada koronavirusa yoluxma hallarının sayının yüksəlməsi səbəbindən hökumət fövqaladə rejim tətbiq edib. Yaponiya cəmiyyətində aparılan sorğunun iştirakçılarının 80 faizi Olimpiya oyunlarının yenidən təxirə salınması və ya ümumiyyətlə, keçirilməməsini dəstəkləyiblər.
Bənzər xəbərlər
Azərbaycanlı avarçəkən Türkiyədə iki medal qazandı
Türkiyənin Muğla şəhərində avarçəkmə üzrə “Bahar Kuboku” adı altında açıq ... Ətraflı
Stolüstü tennisçimiz Belçikada medal qazanıb
Stolüstü tennisçimiz Onur Quluzadə Belçikanın Spa şəhərində təşkil olunan “WTT ... Ətraflı