Xəbərlər

Tokiyo 2020 Olimpiya məşəli günəş şüalarından alovlanıb

12 mart 2020 326

Bütün dünya Olimpiya məşəlinin alovlandırılması prosesini canlı izləyib.

Bu gün Yunanıstanın Qədim Olympia şəhərində ilk Antik Olimpiya Oyunlarının təşkil edildiyi ərazidə baş tutan mərasimdə məşəl günəş şüalarının köməkliyi ilə alovlanıb.

Günəş şüalarını əldə etmək üçün nəhəng, böyüdücü, parabolik güzgüdən istifadə edilib Mərasim zamanı “baş kahin” alov yanana qədər Olimpiya məşəlini xüsusi qabda saxlayıb. Qədim stadionda reallaşdırılan ənənəvi rəqs başa çatdıqdan sonra Tokio 2020-nin ilk məşəlçisi Anna Karakaki (Rio 2016 Olimpiya Oyunlarının güllə atıcılığı üzrə qızıl medalçısı) bir əlində yanan məşəl, digərində zeytun budağı tutaraq alovla yola düşüb.

Tokiyo -2020 Yay Olimpiya Oyunlarının məşəlinin estafetini aşağıdakı linkdən izləyə bilərsiniz.

https://tokyo2020.org/en/torch/news/olympic-flame-lighting-and-handover-live-on-video?utm_source=facebook&utm_medium=fb-post&utm_campaign=social-owned_english