Tədqiqatçı alimin yeni kitabı işıq üzü görüb
22 sentyabr 2021 789

Pedaqogika üzrə elmlər doktoru, professor Dilqəm Quliyevin Milli Olimpiya Komitəsinin aparıcı məsləhətçisi, “Olimpiya dünyası” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Murad Fərzəliyevin redaktorluğu ilə “Akademiyanın idman ulduzları”adlı yeni kitabı işıq üzü görüb.
Oxuculara təqdim olunan bu kitab Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 90 illik yubileyinə həsr edilmiş ensiklopedik məlumatlar toplusu olan kitabda idman akademiyasının tələbə və məzunlarının Olimpiya Oyunlarında, dünya, Avropa çempionatlarında, I Avropa Oyunlarında, IV İslam Həmrəyliyi Oyunlarında və beynəlxalq yarışlarda göstərdikləri nailiyyətlər konkret faktlarla öz əksini tapmışdır. Nəzərə almaq lazımdır ki, kitab Akademiyanın idman tarixini belə geniş əhatə edən ilk nəşrdir. Bu baxımdan kitab idman ictimaiyyəti və eləcə də bu sahədə təhsil alan tələbələr üçün faydalı olacaqdır.
Ensiklopedik kitab orta və ali məktəb müəllimlərinin, doktorantların, bakalavrların, magistrlərin, şagird və tələbələrin, bədən tərbiyəsi və idman sahəsində çalışan mütəxəssislərin, habelə geniş oxucu kütləsinin istifadəsi üçün nəzərdə tutulmuşdur.
Bənzər xəbərlər

Azərbaycan taekvondoçuları Avropa çempionatını bir medalla başa vurublar
Azərbaycan taekvondoçusu Zemfira Həsənzadə U-21 Avropa çempionatında bürünc medal qazanıb.
46 ... Ətraflı

Çövkən üzrə növbəti Prezident Kuboku keçiriləcək
Dekabrın 15-dən 17-dək Bakıda çövkən milli atüstü oyunu üzrə növbəti ... Ətraflı