Stolüstü tennisçimiz Avstriyaya yollanıb
11 fevral 2023 343
Istedadlı stolüstü tennisçimiz Onur Quluzadə daha bir beynəlxalq təlim-məşq toplanışına qatılacaq. O, seçmə komandanın baş məşqçisi Mixail Timofeyevin müşaiyəti ilə bu dəfə Avstriyanın Lints şəhərinə yollanıb. Quluzadə fevralın 11-dən 19-dək sözügedən ölkənin U-13 seçmə komandası ilə birgə məşq edəcək. Benjamin Girlingerin adını daşıyan düşərgədə təşkil olunan məşqlər qitənin ən yaxşı mütəxəssislərindən biri sayılan Liu Yan Jun tərəfindən aparılır. Səfərin məqsədi uğurlu gələcək vəd edən idmançının ustalıq səviyyəsinin artırılmasıdır.
Qeyd edək ki, qitənin ən istedadlı idmançılarından sayılan Onur Quluzadə müntəzəm olaraq, Avropa Stolüstü Tennis Birliyinin və Beynəlxalq Stolüstü Tennis Federasiyasının təlim-məşq toplanışlarına da dəvət alır.
Bənzər xəbərlər
Azərbaycanlı avarçəkən Türkiyədə iki medal qazandı
Türkiyənin Muğla şəhərində avarçəkmə üzrə “Bahar Kuboku” adı altında açıq ... Ətraflı
Stolüstü tennisçimiz Belçikada medal qazanıb
Stolüstü tennisçimiz Onur Quluzadə Belçikanın Spa şəhərində təşkil olunan “WTT ... Ətraflı